Çindən Tramp və Putinə təklif Zelenski yoxdur!

13.02.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin rəsmiləri Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş üçün sammit təşkil etməyi təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pekinin təklif etdiyi görüşün formatına Ukrayna Prezidenti Vladimir Zelenski daxil deyil:

“Pekin görüşü təşkil etməklə yanaşı, mümkün atəşkəsdən sonra sülhməramlı səylərə köməklik göstərməyə hazır olduğunu bildirib. Xüsusilə təklifdə Çinin qarant rolundan və sülhməramlıların göndərilməsindən bəhs edilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью