Çindən Trampın əlavə rüsumlarla bağlı hədələrinə cavab

22.01.2025

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin və ABŞ arasında “tarif müharibəsində” qalib olmayacaq

Çinin Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndəsi Liu Penqyu ABŞ Prezidenti Donald Trampın əlavə tariflərlə bağlı hədələrinə cavab verib.

AYNA xarici mediaya istinadən bildirir ki, diplomatın sözlərinə görə, Çin və ABŞ arasında “tarif müharibəsində” qalib olmayacaq. O vurğulayıb ki, “Vaşinqton qaydalara hörmət etməli və ikitərəfli əməkdaşlıq mühiti yaratmalıdır”.

Bundan əvvəl Tramp fentanil qaçaqmalçılığı ilə bağlı vəziyyət həll olunmasa, fevralın 1-dən Çinə yeni tariflər tətbiq edəcəyi ilə hədələmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью