Icma.az bildirir, Olke.az portalına istinadən.
Çin Ukraynaya "Mavic" pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü dayandırsa da, Rusiyaya tədarükünü davam etdirir.
Ölkə.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
"Çin istehsalı olan "Mavic" dronları ruslar üçün açıqdır, amma ukraynalılar üçün bağlıdır. Rusiyada bu dronların istehsalı üçün zavod xətləri var və orada Çin nümayəndələri də fəaliyyət göstərir", - deyə ukraynalı siyasətçi deyib.
Məsələ ilə bağlı danışan Avropa İttifaqı rəsmisi də Zelenskinin dediklərinin Avropa qiymətləndirmələri ilə üst-üstə düşdüyünü bildirib. Məlumata əsasən, Çin təkcə Ukraynaya deyil, Qərb ölkələrinə də dron hissələrinin satışını azaldıb.
Həmidə İbrahimova