Çindən yayılan yeni virus narahatlıq doğurur

09.01.2025

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çindən yayılan yeni virus narahatlıq doğurur

Dünya Çindən yayılmağa başlayan yeni virusdan danışır.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, HPMV (Human Metapneumovirus) adlanan yeni virus soyuqdəymə və qripə bənzər simptomlarla özünü göstərir.

Daha çox uşaqlarda, yaşlılarda və immun sistemi zəif olanlarda ağır simptomlara səbəb ola bilən virusun Çində xəstəxanalarda sıxlığa səbəb olduğu iddiaları sosial mediada geniş əks-səda doğurub.

İlk dəfə 2001-ci ildə aşkar edilən HPMV, illərdir bütün dünyada yayılan virus kimi tanınıb. Son həftələrdə sürətlə yayılan virus qış mövsümü ilə əlaqədər daha çox müşahidə olunmağa başlayıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью