Çindən yeni Süni İntellekt

02.05.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

“Alibaba”nın dediyinə görə, “Qwen 3” bir sıra testlərin nəticələrinə əsasən “DeepSeek R1”, “ChatGPT o1” və “o3-mini”, “Grok-3”, “Gemini 2.5 Pro” modellərini üstələyir.
“Qwen 3” hibrid Süni İntellektdir: Onun mürəkkəb tapşırıqlar üçün “düşünmək” rejimi var. Bu rejimdə olarkən Sİ problemi addım-addım analiz edir, sonra isə kompleks cavab verir.
Neyroşəbəkə 119 dili, o cümlədən, Azərbaycan dilini dəstəkləyir. Pulsuz versiyasında limitsiz şəkil yaratmaq imkanı da var.
Samir Quliyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью