Çindən Zelenskiyə sərt etiraz: Fikirləri əsassızdır!

18.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Çin Rusiyaya silah tədarük etmir”.

Globalinfo.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan deyib.

Onun sözlərinə görə, Pekin heç vaxt Ukrayna münaqişəsinin tərəflərinə silah ötürməyib.

“Üstəlik, ölkə rəhbərliyi hər zaman ikili təyinatlı malların başqa ölkələrə satışına ciddi nəzarət edib. Çin əsassız ittihamlara və siyasi manipulyasiyalara qəti şəkildə qarşıdır”, – diplomat əlavə edib.

Qeyd edək ki, aprelin 17-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Çin silahlarının Moskvaya ötürülməsi barədə məlumatlarının olduğunu deyib.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью