Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiyanın enerji şirkəti Qazprom, noyabr ayının əvvəlindən bəri Çinə gündəlik təbii qaz tədarükündə üçüncü dəfə rekord qırıb. Qazpromdan verilən yazılı açıqlamada Çinə təbii qaz tədarükündə yeni rekordun 4 noyabrda qeydə alındığı və tədarüklərin Çin Milli Neft Korporasiyası (CNPC) ilə imzalanmış uzunmüddətli müqavilə çərçivəsində həyata keçirildiyi bildirilib.
Şirkət həmçinin 1 və 3 noyabr tarixlərində gündəlik tədarük rekordlarını qırıb və son rekordla noyabrın ilk dörd günündə üçüncü dəfə tarixi pik həddə çatıb. Qazprom gündəlik tədarük miqdarı ilə bağlı məlumat paylaşmayıb. 2019-cu ildə Rusiyadan Çinə təbii qaz nəqlinə başlayan "Sibir Gücü" boru kəməri illik 38 milyard kubmetr tutuma çatıb, "Qazprom" və CNPC isə ötən il bu miqdarı tədricən 44 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər.
"Qazprom"un məlumatlarına görə, bu boru kəməri ilə Çinə təbii qaz nəqli 2025-ci ildə əvvəlki illə müqayisədə 24,8 faiz artaraq 38,8 milyard kubmetrə çatıb. Rusiya Baş nazirinin müavini Aleksandr Novak da oktyabr ayında bildirib ki, bu il "Sibir Gücü" vasitəsilə Çinə 39 milyard kubmetr təbii qaz nəql etməyi planlaşdırırlar.
M.MİRZƏ
XQ