Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fakt "Ginnesin Rekordlar Kitabı" tərəfindən "insanabənzər robotun ən uzun yürüşü" kateqoriyasında rəsmi surətdə qeydə alınıb. Məlumata görə, sözügedən robot iki GPS modulu, bir lidar və infraqırmızı dərinlik sensorlarına malikdir. Bu təchizatların hesabına o, istənilən yol şəraitində, həm gündüz, həm də gecə saatlarında ətraf mühiti qavrayaraq yeriyə bilir.
Robot 10 noyabr gecəsi Suçoudan yola düşüb. 13 noyabr səhər tezdən Şanxaya çatıb. Dəyişiləbilən batareya sistemi sayəsində fasiləsiz işləyərək səyahətini uğurla başa çatdırıb.
"AgiBot" robot texnologiyaları şirkəti 2023-cü ildə Şanxay şəhərində qurulub. Şirkət əsasən mehmanxanalarda qonaqları qarşılamaq, yük daşımaq və təmizlik işləri həyata keçirmək məqsədilə istifadə üçün robotlar hazırlayır.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Robot 10 noyabr gecəsi Suçoudan yola düşüb. 13 noyabr səhər tezdən Şanxaya çatıb. Dəyişiləbilən batareya sistemi sayəsində fasiləsiz işləyərək səyahətini uğurla başa çatdırıb.