Çinə səfər edənlərin nəzərinə: 30 gündən artıq...

16.07.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"Bu gündən etibarən ümumvətəndaş pasportuna malik vətəndaşlarımız Çin Xalq Respublikasına, o cümlədən ÇXR-nın vətəndaşları ölkəmizə hər hansı 180 günlük dövr ərzində cəmi 90 gün olmaqla vizasız səfər edə bilərlər".

Metbuat.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov sosial şəbəkə hesabında yazıb.

DMX rəisi qeyd edib ki, bu tələbin sadə izahı 90 gün toplam ölkədə olduqdan sonra təkrar giriş etmək üçün növbəti 90 günün gözlənilməsidir:

"Ölkəyə hər girişdə maksimum olma müddəti 30 gündür. 30 gündən artıq əmək fəaliyyəti, təhsil və ya digər məqsədlə ölkədə qalmaq istəyən şəxslər müvafiq viza əldə etməklə səfər edə bilərlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью