“Çinə tətbiq olunan 145% lik gömrük rüsumu azalmayacaq” Tramp

24.04.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən 145%-lik gömrük rüsumunun yüksək olduğunu, lakin Pekinlə razılıq əldə olunmayana qədər bunun azalmayacağını bildirib.

Tramp bu mövzuda hər gün Çinlə görüşdüyünü və Çin prezidenti Şi Cinpinlə yaxşı anlaşdığını, lakin tarif məsələsində həll yolu tapılması lazım olduğunu bildirib.

"Hələ o faizi endirməmişəm. Dedim ki, yüksək tarifdir. Yüksək tarifdir, amma hələ endirməmişəm. Liderlərlə çox yaxşı anlaşıram. Bilirsiniz, biz razılaşa bilərik. Olmazsa, bir dərəcə təyin edəcəyik.O nlar da bura gəlsələr, biz də bu sövdələşməni edərlər", -deyə o, qeyd edib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью