Çingiz Abdullayev: Sanki alçalaraq pul istəyirik

15.02.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Xalq yazıçısı və Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sosial şəbəkə hesabında Azərbaycan ədəbiyyatı və dilinin təbliği ilə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, artıq iki ildir ədəbiyyat və dilin təbliği üçün maliyyə tapmaq məqsədilə “sanki alçalaraq pul istəməli olurlar”.
Paylaşımında o, mədəniyyət sahəsinə ayrılan vəsait məsələsinə də toxunub. Çingiz Abdullayev qeyd edib:
“Azərbaycan ədəbiyyatı və dilini təbliğ etmək üçün artıq iki ildir ki, sanki alçalaraq pul istəyirik. Bəlkə mənimsənmiş pulların bir faizini mədəniyyətin təbliğatı üçün xərcləməyə qərar vermək lazımdır?”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью