Çingiz Əhmədov: Səhnədən uzaqlaşırdım, məni həyat yoldaşım saxladı Xəbər saytı Son xəbərlər və Hadisələr

28.11.2024

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Əməkdar artist Çingiz Əhmədov 1990-cı illərdə sənətdən getmək istədiyini etiraf edib.

BAKU.WS xəbər verir ki, o bu barədə "7 tamam" verilişinə qonaq olarkən bildirib.

Aktyor qeyd edib ki, həmin vaxt sənətdən uzaqlaşıb ticarətlə məşğul olmaq istəyib. Lakin həyat yoldaşı buna icazə verməyib. O Çingiz Əhmədova bu sənətdə qalıb davam etməyi məsləhət görüb.

"Getsin o günlər gəlməsin. Hamımız bədbinləşmişdik. Səhnədən uzaqlaşırdım. Yoldaşımn dedi ki "Ticarət gəldi gedərdi, amma sənə Çingizsən! Bu sənətinlə yaşamısan" Mən həyat yoldaşıma minnətdaram ki, məni bu sənətdə saxladı".

Ətraflı videoda:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью