Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

10.08.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

Moderator.az bildirir ki, bu barədə "Report"a mərhum şairin ailəsindən məlumat verilib.

Bildirilib ki, Çingiz Əlioğlu ilə əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığına aparılaraq dəfn olunacaq.

Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью