Çingiz Hüseynzadə: “Sabah” nəzəri cəhətdən çempiondur

09.04.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

Futbol üzrə Azərbaycan çempionatının səviyyəsi yüksəlib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, Premyer Liqada çıxış edən komandalar arasında rəqabətin artdığını bildirib: “Artıq 3-4 komanda bir-biri ilə başabaş mübarizə aparır. Məhz bu rəqabət sayəsində Azərbaycan futbolu inkişaf edir. Turnir cədvəlinin lideri “Sabah”ın çempionluq şanslarını yüksək qiymətləndirirəm. Bakı klubu nəzəri cəhətdən çempiondur. Əgər qeyri-adi hadisə baş verməsə, “Qarabağ” 10 xalı aradan qaldırmayacaq”.

“Milli komandada məşqçinin rolu oyunu qurmaq və təşkil etməkdir. Bunu reallaşdırmaq üçün potensiallı futbolçu olmalıdır. Əcnəbi məşqçinin gəlib həmin heyətlə nəsə yaratması mümkün deyil Bu funksiyaları yerli mütəxəssislər də edə bilər. Bu mərhələdə məşqçinin rolu önəmli deyil. Gənclərimiz futbolu çox sevirlər. 25 yaşında ulduz yetişmir. Dünyanın məşhur idmançılarının 16-17 yaşında ulduz olacağı bilinir. Mən öz dövrümə gedirəm. Anatoli Banişevski 19 yaşında yığmada çıxış edirdi”, - deyə qurum rəsmisi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью