Çingiz İsmayılov xəstəxanaya yerləşdirildi (FOTO)

18.03.2025

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Neftçi"nin keçmiş qapıçısı Çingiz İsmayılovun səhhətində problem yaranıb. AFFA-nın ilk baş katibi kimi adını tarixə yazmış sabiq funksioner hazırda xəstəxanaya yerləşdirilib.

Aprelin 12-də 90 yaşı tamam olacaq əfsanəvi idman şərhçisi hazırda həkim nəzarəti altındadır. Onun hələ bir müddət də xəstəxanada saxlanılacağı bildirilir.

AFFA-nın yeni rəhbərliyi İsmayılovun sağlıq durumuna həssas yanaşır.

Federasiya tərəfindən tibb müəssisəsi ilə əlaqə saxlanılıb, müalicə prosesinun yüksək səviyyədə aparılması üçün dəstək göstərilib.//Sportinfo.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью