Çingiz İsmayılovun dəfn yeri və vaxtı müəyyənləşdi

24.03.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


AFFA-nın dünyasını dəyişmiş sabiq baş katibi Çingiz İsmayılov Bakının Bakıxanov qəsəbəsində qəbiristanlıqda dəfn olunacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, dəfn mərasimi bu gün saat 15:00-da mərhumun Bakıxanov qəsəbəsindəki mənzilində olacaq.

Ç.İsmayılovun Almaniyada yaşayan oğlunun gəlib çata bilməsi üçün dəfn saatı bir qədər geriyə çəkilib.

Qeyd edək ki, Çingiz İsmayılov martın 23-də 89 yaşında ikən vəfat edib. Bu yaxınlarda isə onun həyat yoldaşı dünyasını dəyişib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью