Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "Bəzi şeylər yuxarıda həll olunur.
Məsələn, mən müğənni olmaq istəyirəm, amma həyat elə gətirir ki, mən satıcı oluram. Bu, birinci tərəfidir.
İkinci analiz etdiyim tərəf isə odur ki, hər hansı bir çətinlik insanı axtarış yoluna gətirib çıxara bilər.
Bu xəstəlik, depressiya, tramva ola bilər". Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev "Qapqara" verilişində deyib: "
Bu isə məndə Baliyə köçdükdən sonra əmələ gəldi. Çünki ora gələn insanların 80-90 faizi tramvalı insanlardır.
Mən görmədim ki, insan xoşbəxtlikdən öz axtarış yoluna çıxsın. Mənə görə insan bu dünyaya xoşbəxt olmaq üçün gələ bilməz.
Öncə xoşbəxtliyin nə olduğunu anlamaq lazımdır. Mənə görə şükür hissi Yaradan ilə yeganə danışıq üslubudur.
Şükür etməyə gəlib çatmaq da çox çətin bir yoldur. Mən özüm də hələ o hissə gəlib çatmamışam. Mənə də eniş-yoxuş, naşükürlük hissi gəlir".