Çingiz Mustafayevdən xəbər var FOTOLAR

22.11.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, müğənni Çingiz Mustafayev əməliyyat olunub.

Sənətçi xəstəxanadan olan görüntülərini izləyiciləri ilə bölüşüb. O bildirib ki, çiynində olan problemə görə bıçaq altına yatlıb:

"15 il ərzində çiynim 7 dəfə çıxıb. Hər dəfə eyni ağrı, qorxu, narahatlıq... İdman da, aktiv həyat da tam mümkün olmurdu. Hər dəfə özümə deyirdim: hələ tezdir, bir az da gözləyim bir söznən iş güc və sairə... Amma 2 ay əvvəl sonuncu dəfə çiynim çıxanda anladım ki, artıq bu məsələni həll etməyin vaxtı gəlib. 

Dünən əməliyyat olundum. İndi uzun bir reabilitasiya dövrü başlayır. Əməliyyat önəmlidir, amma ən çətini sonraki mərhələdir: səbir, intizam və özünü qorumaq".

“Cebheinfo.az”-ın əməkdaşı müğənninin səhhəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Çingiz Mustafayev özəl xəstəxanada həkim nəzarətində saxlanılır:

“Hazırda TƏBİB-ə tabe tibb müəssisələrində onunla bağlı hər hansı müraciət qeydə alınmayıb”.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью