Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı FOTOLAR

24.09.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Ölkə.az-a verilən məlumata görə,1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım, illər sonra 44 yaşında doğma torpağında yeni həyata başlayıb.

O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub. 9 yaşında ağlaya-ağlaya Xocalını tərk etmiş Ləfxanım, bu gün gülə-gülə ailəsi, övladları, nəvəsi ilə doğma torpağına qayıdıb:

”Şükürlər olsun.Böyük sevinc və qürur hissi keçirirəm. Bu günləri bizə yaşadan cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun.”

Xatırladaq ki, Ləfxanım Mahmudova hələ 9 yaşında olarkən Xocalı faciəsinin şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələr və yaxınlarının itkisi ilə üzləşib. Əsl adı Ləfxanım olan, soyuqdan ayaqları don vuran 9 yaşlı uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib. Hamımızın Ləfxanım kimi tanıdığımız  Nərgiz Mahmudova 34 ildən sonra doğma evində, elindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью