Çingiz Qənizadə məhkəməyə verilib

21.09.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Hüquq müdafiəçisi Çingiz Qənizadə məhkəməyə verilib.
Newscenter-az-ın məlumatına görə, ictimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizadə barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə Binəqədi Rayon Məhkəməsində məhkəmə iclası təyin edilib:
“Məhkəməyə müraciətimiz konkret media açıqlamalarına və şikayətdə irəli sürdüyümüz ittihamı əsaslandıran sübutlara söykənir. Müvəkkilim haqqında işlədilmiş ‘milli bir dələduzdur’ ifadəsini, onun pul ələ keçirməsi və hədə-qorxu gəlməsi barədə açıqlamaları hüquqi müstəvidə mübahisələndiririk. Həmin açıqlamalarda həqiqətə uyğun olmayan məlumatlar baş vermiş hadisələr kimi təqdim olunaraq müvəkkilimin şərəf və ləyaqətinə, ictimai nüfuzuna zərər vurub.
Şikayətimizin əsaslılığını təsdiqləmək üçün mübahisəli yayımları və pul münasibətlərinin açıqlamalarda göstəriləndən fərqli olduğunu əsaslandıran materialları məhkəməyə təqdim etmişik.
Binəqədi Rayon Məhkəməsinə müraciətimiz xüsusi ittiham qaydasında verilmiş şikayətdir. Bununla yanaşı, müvəkkilim özünə və dövlətin mənafelərinə qarşı törədildiyini bildirdiyi daha ağır cinayət xarakterli əməllərlə bağlı prokurorluq orqanlarına ayrıca müraciətlər etmişdir. Hazırda həmin müraciətlər üzrə araşdırma aparılır”.

Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью