Çingiz Şəfiyev vəfat etdi FOTO

23.11.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.

Gununsesi.info – nun “Qafqazinfo” ya istinadən məlumatına görə, o, 56 yaşında dünyasını dəyişib.

Onun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.

Çingiz Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il “Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью