Çingiz xanın məzarını axtararkən rastlaşdığı hadisə onu şoka saldı

04.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Qazaxıstanda Çingiz xanın itirilmiş məzarını və xəzinəsini axtaran tədqiqatçı araşdırma apardığı ərazidə qayaların hərəkət etdiyini və sirli səslər eşidildiyini bildirib.

Turkustan.az xəbər verir ki, kişi qeyri-adi hadisəni lentə alaraq Monqol imperatorunun məzarının həmin ərazidə olsa belə, tapılmasının mümkünsüz olduğunu iddia edib.

Çingiz xanın harada dəfn olunduğu indiyədək dəqiq məlum deyil. Onun məzarını və xəzinəsini axtaran tədqiqatçı araşdırma zamanı qarşılaşdığı qeyri-adi mənzərədən təəccübləndiyini gizlədə bilməyib.

Ərazidəki hərəkətləri və səsləri qeydə alan kişi bildirib: "Əgər Çingiz xanın məzarı buradadırsa, onu tapmaq mümkün deyil. Bu səsə qulaq asın və özünüz anlayacaqsınız".

Qayaların sirli şəkildə hərəkət etdiyini əks etdirən görüntülər və səslər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər videonun saxta ola biləcəyini iddia ediblər, digərləri isə axtarışların dayandırılmasını tövsiyə ediblər.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью