Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Çingiz Mustafayev əməliyyat olunub.
Axşam.az xəbər verir ki, sənətçi xəstəxanadan olan görüntülərini izləyiciləri ilə bölüşüb. O bildirib ki, çiynində olan problemə görə bıçaq altına yatlıb:
"15 il ərzində çiynim 7 dəfə çıxıb. Hər dəfə eyni ağrı, qorxu, narahatlıq… İdman da, aktiv həyat da tam mümkün olmurdu. Hər dəfə özümə deyirdim: hələ tezdir, bir az da gözləyim bir söznən iş güc və sairə… Amma 2 ay əvvəl sonuncu dəfə çiynim çıxanda anladım ki, artıq bu məsələni həll etməyin vaxtı gəlib. Dünən əməliyyat olundum. İndi uzun bir reabilitasiya dövrü başlayır. Əməliyyat önəmlidir, amma ən çətini sonraki mərhələdir: səbir, intizam və özünü qorumaq".