“Çingizdən yox idi” mərhum şərhçinin həmkarı

24.03.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Futbol veteranı, karyerasının böyük hissəsini “Neftçi”yə həsr etmiş, həmçinin AFFA-da baş katib vəzifəsində, Azərbaycan televiziyasında şərhçi kimi çalışmış Çingiz İsmayılov 90 yaşının tamamına bir neçə gün qalmış dünyasını dəyişdi.
Çingiz İsmayılovun yaxın dostu, şərhçi Aydın Əliyev mərhum həmkarı ilə bağlı fikirlərini bölüşdü: “Çingizdən yox idi. Dünən rəhmətə gedəndən dərhal sonra özümü onun evinə çatdırdım. Çingiz keçinən kimi nəvəsi zəng edib mənə dedi ki, “Aydın dayı, Çingiz müəllim gözlərini yumdu” . Dərhal oturdum maşına, 20 dəqiqəyə özümü çatdırdım Qaraçuxura. Çingiz başqa aləm idi. Allah ona qəni-qəni rəhmət eləsin”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью