Çinin 10 hərbi təyyarəsi Tayvanın hava məkanına daxil olub

24.01.2025

Ayna saytına istinadən Icma.az xəbər verir.

"10 təyyarə median xətti keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub"

Bu gün Tayvan Silahlı Qüvvələri adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun (PLA) 10 təyyarəsi və yeddi gəmisini qeydə alıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Tayvan ordusunun “X” sosial şəbəkə səhifəsində məlumat qeyd olunub.

"10 təyyarə median xətti keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub", - bildirilib.

Tayvan səlahiyyətlilərinin vəziyyəti izlədiyi və hadisəyə vaxtında reaksiya verə bildiyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью