Çinin 47 hərbi hava vasitəsi Tayvanda

07.08.2025

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tayvan ətrafında Çinə məxsus 47 hərbi hava vasitəsi aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Açıqlamaya görə, Çin Tayvan ətrafında birgə hava və dəniz təlimlərinə başlayıb. Təyyarələrdən 32-si Tayvan boğazında tərəflərin təsir sahələrini ayırdığı qəbul edilən orta xətti keçib və Tayvanın Hava Hücumundan Müdafiə Tanınma Zonası elan etdiyi sahənin cənub-qərb və cənub-şərq bölgələrində uçuşlar həyata keçirib.

Tayvan Müdafiə Nazirliyi qeyd edib ki, ordu vəziyyəti izləyir və lazımi cavab tədbirləri görülür.

Digər tərəfdən, bu məsələ ilə bağlı Pekin tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью