Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çinin üçmühərrikli və quyruqsuz yeni nəsil döyüş təyyarəsi J-36-ya aid yeni görüntülər yayılıb.
Axar.az xəbər verir ki, görüntülər Çinin sosial şəbəkələrində yayılıb.
Təyyarənin Siçuan əyalətində uçuş zamanı qeydə alındığı bildirilir. Altıncı nəsil qırıcı kimi təqdim olunan J-36 gizli texnologiya və müasir mühərrik sistemi ilə seçilir. Ekspertlərə görə, bu təyyarə ilə Çin ABŞ-la bərabər səviyyəyə gəlib, hətta onu geridə qoya bilər.
Məlumata görə, hazırda ABŞ-ın F-22 və F-35 təyyarələri lider mövqedədir. Çin isə J-20 və J-35 modellərindən sonra J-36 ilə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Pekin hələlik bu layihə ilə bağlı rəsmi açıqlama verməyib.