Çinin avtomobil satışları 14,7% artıb

11.08.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

 Çində avtomobil satışı iyulda illik müqayisədə 14,7% artıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bununla bağlı Çin Avtomobil İstehsalçıları Assosiasiyası (CAAM) məlumat yayıb.

Məlumata görə, yeni enerji vasitəsi (NEV) satışları 27,4% artıb. Yanvar-iyul aylarında bütün avtomobillərin satışı 12%, NEV isə 38,5% artıb.

CAAM 2025-ci ildə satışların 32,9 milyon avtomobilə çatacağını proqnozlaşdırır ki, bu da keçən illə müqayisədə 4,7% çoxdur. 

NEV satışlarının 24,4% artaraq 16 milyon avtomobilə çatacağı gözlənilir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью