Çinin Baş naziri təbii fəlakət bölgəsinə gedib

27.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Pekin, 27 avqust, AZƏRTAC

Çin Dövlət Şurasının Sədri (Baş nazir) Li Çian Nepal-Çin sərhədində baş verən təbii fəlakət bölgəsinə gedib.

AZƏRTAC xəbər verir ki, Baş naziri müvafiq hökumət qurumlarının rəhbər şəxsləri müşayiət edirlər. Heyət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərini təftiş edəcək, zərərçəkənlərlə görüşəcək.

Qeyd edək ki, Nepalın Çin ilə sərhədi yaxınlığında avqustun 26-da baş verən selin yaratdığı daşqın və palçıq axını nəticəsində hər iki ölkədə xeyli sayda ölən və itkin düşən var.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью