GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Çin ABŞ-ın tətbiq etdiyi tariflərə etiraz olaraq cavabında ABŞ idxalına tarifləri 125 faizə qədər artırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Mənbənin məlumatına görə, Çinin cavab tədbirləri Trampın tarifləri ilə ortaya çıxan qlobal iqtisadi böhranı gücləndirdiyi üçün ABŞ bazarları sarsılıb. ABŞ-da istehlakçılar arasında aparılan bir sorğu inflyasiya qorxularının 1981-ci ildən bəri ən yüksək həddə çatdığını göstərib.
Analitiklərin fikrincə, ABŞ və Çin tərəfindən adi tarif artımı dünyanın iki ən böyük iqtisadiyyatı arasında mal ticarətini qeyri-mümkün edir. Bu ticarət 2024-cü ildə 650 milyard dollardan çox olub.
Aysel Əliyeva
Globalinfo.az