ÇİNİN HƏRBİ PARADLA VERDİYİ SİQNALLAR... Və gizlətməyə çalişdiği realliq | Icma.az
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pekin niyə Qərbə qarşı səmərəli alternativ təqdim edə bilmir?İkinci Dünya müharibəsindən sonra dünya siyasi-iqtisadi və ideoloji cəhətdən iki qütbə ayrılmışdı.
Şərq qütbünün hegemonu sayılan Sovet İttifaqının dağılması nəticəsində qlobal məkanda ABŞ-nin şəksiz liderliyi hökm sürməyə başladı.
Hazırda ABŞ-yə qarşı alternativ güc mərkəzi kimi çıxış etməyə başlayan Çin Xalq Respublikası öz ətrafında yeni bir qütb formalaşdırmağa çalışır.
Səksən il bundan əvvəl Yaponiya üzərində qələbəni təntənəli hərbi paradla qeyd etməsi Pekinin qlobal iddiasından xəbər verir.
Halbuki, bu müharibədə Çin Yaponiyaya qalib gəlməyib, əksinə, müharibəinin sonuna kimi Yaponiya Çini işğal altında saxlayıb.
Belə ki, Yaponiya 1937-ci ildə Çinlə müharibəyə başlamış və 1945-ci ilin avqustunadək bu ölkənin şərq hissəsini tamamilə işğal etmişdi.
Yaponiya bu müharibə zamanı Filippini, İndoneziyanı, Salamon adalarını və Hind-Çin yarımadasına daxil olan bütün ölkələri ələ keçirmişdi.
Tam oxu
Xəbəri oxu