Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 fevral, AZƏRTAC
Çinin öz istehsalı olan “YH-1000S” hibrid pilotsuz yük təyyarəsi Cənub-Qərbi Çin bölgəsindəki Çuntsin şəhərinə ilk uçuşunu uğurla tamamlayıb.
AZƏRTAC Çinin “China Daily” gündəlik qəzetinə istinadla xəbər verir ki, bu barədə ölkənin Kosmik Aerodinamika Akademiyası məlumat yayıb. Bildirilib ki, pilotsuz yük təyyarəsi yüksək performanslı hibrid enerji sistemi ilə təchiz edilib, əvvəlki “YH-1000” modelinə nisbətən daha qısa enmə-qalxma məsafəsi, daha çox yükdaşıma qabiliyyəti və daha uzun uçuş məsafəsi təqdim edir.
“YH-1000S” beynəlxalq logistika, çatdırılma, fövqəladə xilasetmə, fəlakətlərin azaldılması, süni hava dəyişiklikləri və dəniz nəzarəti kimi sahələrdə istifadə oluna bilər.