Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çinin iki aviaşirkəti vizasız rejim tətbiq etdikdən sonra Özbəkistana uçuşlara başlayıb Özbəkistan və Çin arasında 2025-ci il iyunun 1-dən vizasız rejim qüvvədədir.
Bunun fonunda Çinin iki aviaşirkəti Air China və China Eastern Airlines ilk dəfə Daşkəndə müntəzəm sərnişin reyslərinə başlayıb.
Çinin milli aviadaşıyıcısı “Air China” Pekin-Daşkənd-Pekin marşrutu üzrə uçuşlar həyata keçirməyə başlayıb.
Ölkənin ikinci ən böyük aviaşirkəti China Eastern Airlines Sian-Daşkənd-Sian marşrutu açıb.
Vizasız sazişin qüvvəyə minməsindən sonra hava nəqliyyatına tələbat artıb.
Yeni qaydalara əsasən, iki ölkənin vətəndaşları qarşı tərəfin ərazisində hər səfərdə 30 günə qədər, lakin 180 gün müddətində 90 gündən çox qala bilər.
Vizasız rejim məşğulluq, təhsil, mediada işləmək məqsədi ilə səfərlərə, habelə Honq-Konq və Makaoya səfərlərə şamil edilmir.