Çinin iki nəhəng şirkəti Türkiyəyə gəlir

15.02.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Çinin avtomobil sənayesinin aparıcı şirkətləri “BYD” və “Chery” Türkiyədə avtomobil zavodları quracaqlar.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd olunur ki, “BYD” Manisada, “Chery” isə Samsunda zavodlar açacaqlar.

“Şirkətlərlə danışıqlar davam etdirilir. Texnologiya nazirimiz bu istiqamətdə ciddi işlər görür. Bu şirkətlərin Manisa və Samsunda zavodlar açmaları Türkiyədə avtomobil sektorunu canlandıracaq”, – deyə Ərdoğan bildirib.

Sənaye və Texnologiya naziri Fatih Kaçır Samsunda tikintisi planlaşdırılan fabriklə bağlı “Chery” səlahiyyətliləri ilə ciddi dialoq apardıqlarını və danışıqların son mərhələdə olduğunu bildirib: “Vətəndaşlar zavodların qurulmasını səbirsizliklə gözləyirlər”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью