Çinin İrandan idxal etdiyi neftin həcmi 30% azalıb

05.08.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyul ayında Çinin İrandan idxal etdiyi neftin həcmi təxminən 30% azalıb.

APA xəbər verir ki, bu barədə “Bloomberg”də dərc olunan məqalədə qeyd olunub.

Belə ki, iyul ayı ərzində İrandan idxal olunan neftin həcmi gündəlik olaraq 1.2 milyon barel təşkil edib ki, bu da iyun ayındakı idxaldan təqribən 30% aşağıdır.

Qeyd edək ki, Çin İran neftinin əsas alıcısı hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью