Çinin İrandan neft idxalı sürətlənir

28.06.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çin iyun ayında İrandan xam neft idxalını əhəmiyyətli dərəcədə artırıb.

Bizimyol.info xəbər verir ki, müstəqil Çin neft emalı müəssisələri (Tepots kimi tanınan özəl neftayırma zavodları) aşağı qiymətlərdən istifadə edərək İran neftinə üz tutdular.

Tanker izləmə şirkətlərinin məlumatlarına görə, Çinin İrandan gündəlik neft idxalı 1-20 iyun tarixləri arasında rekord həddə - 1,8 milyon barelə çatıb. Kepler məlumatları da göstərir ki, 1-27 iyun tarixləri arasında gündəlik orta hesabla 1,46 milyon barel idxal edilib ki, bu da may ayı ilə müqayisədə təxminən 500 min barel artım deməkdir.

İranın Çinə neft ixracındakı bu artım may ayında yüklərin yüksək həcmdə olması və Çin neft emalı müəssisələrinin yay aylarında artan tələb ərəfəsində ehtiyatlarını artırmaq istəyi ilə bağlı olub. Bu artımda İran neftinin qiymət üstünlüyü də rol oynayıb.

İsrailin hərbi hücumunun ilk həftəsində İranın gündəlik neft ixracı 44 faiz artsa da, analitiklər Çinin İrandan idxalının növbəti həftələrdə də yüksək səviyyədə qalacağını gözləyirlər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью