Çinin konteyner gəmiləri Hörmüzdən keçiblər XİN açıqlama yaydı

31.03.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Yaxın saatlarda Çinin üç gəmisi Hörmüz boğazından keçib və Çin tərəflərin yardımını yüksək qiymətləndirir. 

"Reuters"in xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü deyib.

Daha öncə izləmə məlumatları martın 30-da Çinin COSCO şirkətinə məxsus iki böyük konteyner gəmisinin boğazdan uğurla keçərək Fars körfəzindən çıxdığını göstərib.

ABŞ və İsrailin İrana hücumlarından sonra Tehran Hörmüz boğazını bağlayıb. Nəticədə bu strateji su yolu ilə nəqliyyat xeyli azalıb.

İran rəsmiləri "düşmən olmayan gəmilər" üçün boğazdan keçidin açıq qaldığını bildiriblər. Çin İranın əsas strateji tərəfdaşlarından sayılır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью