Çinin kurort bölgəsində HƏYƏCAN siqnalı verildi Ölüm saçan qasırğa yaxınlaşır | Icma.az
Icma.az, Oxu.az saytına istinadən bildirir. Çinin Haynan kurort adasının adasının cənubunu "Fenşen" tropik qasırğası vuracaq.
Qasırğa oktyabrın 21-22-də bölgəyə leysan yağışlar və güclü külək gətirəcək.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Çin Meteorologiya İdarəsindən məlumat verilib.
Məlumata görə, küləyin sürəti 30 m/s-ə çatacaq. Qasırğa Cənubi Çin dənizindəki Sişa adaları üzərindən keçəcək.
Əlverişsiz hava Haynan adasının Sanya şəhərinə təsir edəcək. Oktyabrın 22-23-də qasırğa Vyetnamın mərkəzi hissəsinə çatacaq.
Qeyd edək ki, oktyabrın 19-da Filippində "Fenşen" qasırğası nəticəsində 8 nəfər ölüb, daha iki nəfər itkin düşmüş hesab olunur.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu