Çinin Lanzhou Universitetinin müəllimi Mərkəzi Elmi Kitabxanada olub

03.10.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Lanzhou Universiteti Siyasət və Beynəlxalq Münasibətlər Məktəbinin Mərkəzi Asiya Tədqiqatları İnstitutunun müəllimi, siyasi elmlər doktoru, dosent Zanq Yuyan AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib, direktor texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə H.Hüseynov Çin ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndiyini, elm və təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb.

Təmsil etdiyi ali təhsil ocağı haqqında məlumatı diqqətə çatdıran Zanq Yuyan, institutun 30 illik yubileyinə həsr olunmuş xatirə kitabını direktora təqdim edib.

Daha sonra Mərkəzi Elmi Kitabxananın elmi katibi Şəbnəm Rüstəmova kitabxananın zəngin fondu, rəqəmsallaşdırma imkanları və oxucular üçün yaradılmış müasir şəraiti ilə bağlı qonağa məlumat verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью