Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı

16.09.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daşkənddə avqustun 26-da baş vermiş elektromobil yanğınının səbəbi məlum olub. 

Avtosfer.az xəbər verir ki, texniki məlumatların Çindəki baza ilə yoxlanılması zamanı yanğına yüksəkgərginlikli batareyanın səbəb olduğu üzə çıxıb. “Zeekr” markalı elektromobil Çində başladılan geriçağırma kampaniyasına düşən maşınlara daxildir.

Hadisə o vaxt Özbəkistanda ciddi müzakirələrə səbəb olmuşdu. Avtomobilin sahibi deyir ki, batareyaya heç bir kənar müdaxilə edilməyib, tanınmış servisdə xidmət olunub.

İşin daha qorxulu tərəfi yanğın zamanı qapıların bloklanmasıdır. Xoşbəxtlikdən hadisə vaxtı salonda heç kim olmayıb. Yanğınsöndürənlər hadisəyə vaxtında müdaxilə etsələr də, maşın tam yararsız hala düşüb. 

İndi özbək sürücülər arasında yarızarafat-yarıəcidid belə bir fikir formalaşıb: maşınını qorumaq istəyirsənsə, “Zeekr”in yanında park etmə.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью