Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çinin mərkəzində min tona yaxın qızıl ehtiyatı olan yüksək keyfiyyətli qızıl filizi yatağı aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb.
Bildirilir ki, yatağın 83 milyard dollar dəyərində olduğu təxmin edilir. Beləliklə də, bu indiyə qədər tapılan ən böyük yataq olduğu deməkdir.
Hər ton filizdə 138 qrama qədər qızıl var
Qeyd edək ki, Çin artıq 2024-cü ilin əvvəlində iki min tondan çox təsdiqlənmiş ehtiyatları ilə qızıl hasilatında dünya lideridir.