Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çinin nəhəng “Sinopec Shanghai Petrochemical” neft şirkəti Rusiyadan neft idxalını dayandırdığını elan edib.
Axar.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Bildirilib ki, bu qərara səbəb ABŞ Prezidenti Donald Trampın həyata keçirdiyi sanksiya siyasətidir.
Çin şirkətləri, o cümlədən “Sinopec” Qərb bazarlarına və texnologiyalarına çıxışı saxlamaq üçün Rusiya ilə əməkdaşlıqla bağlı riskləri minimuma endirməyə çalışırlar.
Qeyd edək ki, “Sinopec Shanghai Petrochemical” şirkəti 2024-cü ildə Rusyadan 1.22 milyon ton neft almışdı.