Çinin nümayəndə heyəti Tarix Muzeyinin qonağı olub AZƏRTAC

15.11.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən Çin nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, qonaqlara Azərbaycanın qədim dövrlərdən indiyə qədər mədəni irsi və tarixi inkişafını əks etdirən eksponatlar, nadir nümunələr barədə məlumat verilib. Çin nümayəndə heyəti muzeyin eksponatlarına böyük maraq göstərərək Azərbaycanın zəngin mədəni irsi ilə tanış olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью