Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çinin “OrienSpace” aerokosmik şirkəti dəniz platformasından “Gravity-1” kommersiya daşıyıcı raketini buraxaraq 9 peyki orbitə çıxarıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Raket yerli vaxtla saat 06:00-da Şanxay sahilləri yaxınlığından buraxılıb və qısa müddət sonra peykləri nəzərdə tutulan orbitlərə yerləşdirib.
Orbitə çıxarılan aparatlardan səkkizi “SpaceSail” (“Qianfan”) peyki, biri isə yüksəksürətli simsiz rabitə texnologiyalarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulan peykdir.
Faydalı yükün ümumi çəkisi 3 tondan çox olub. Peyklər Yer səthindən 800 kilometr yüksəklikdəki orbitə çıxarılıb.