Çinin qanuni inkişaf hüququnu heç kimə əlindən almasına icazə verməyəcəyik

09.04.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien paytaxt Pekində keçirilən adi mətbuat konfransında Çinin Trampın tarif artımına qarşı mövqeyi ilə bağlı sualı cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirəcək hər cür cəhdə qarşı çıxacaqlarını vurğulayan sözçüsü Lin bildirib ki, ABŞ tariflərdən istifadə edərək Çinə təzyiq göstərməyə çalışır. Çin bu zorakılıq davranışına əsla boyun əyməyəcək.

Çinin hüquq və mənafelərini qorumaq üçün qətiyyətli əks tədbirlər görəcəklərini söyləyən Lin, Çin xalqının qanuni inkişaf hüququnu heç kimə əlindən almasına icazə verməyəcəklərini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью