Çinin qlobal avtomobil bazarında payı azalır

07.10.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çində avtomobil satışları ciddi şəkildə geriləyib. 

Avtosfer.az xəbər verir ki, Çin Minik Avtomobilləri Assosiasiyasının rəhbəri Çuy Dunşu azalmanın lokal deyil, qlobal xarakterli olduğu qənaətindədir.

2026-cı ilin ilk 8 ayında dünyada 63,43 milyon ədəd təzə avtomobil satılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azdır. Avqustda 7,7 milyon nəqliyyat vasitəsi satılıb ki, bu da iyulla müqayisədə 4,9 faiz geriləmə deməkdir. İllik müqayisədə isə artım nisbidir – cəmi 1 faiz.

Cari ilin ilk 8 ayında Çin yerli və xarici bazarlarda 20,31 milyon ədəd avtomobil satıb. Bu da dünya avtomobil bazarının 32 faizi deməkdir. Halbuki, 2025-ci ildə ölkənin qlobal bazarda payı 35,4 faiz olub.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью