Çinin “Samarkand 2028” peykinin buraxılışı 2026 cı ilin mayına planlaşdırılıb

03.04.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 aprel, AZƏRTAC

Daşkənddə keçirilən “Space Technology Conference 2026” beynəlxalq kosmik texnologiyalar konfransında bildirilib ki, Çinin “StarVision Aerospace” şirkəti tərəfindən hazırlanmış “Samarkand 2028” peykinin buraxılışı bu ilin may ayına planlaşdırılıb.

AZƏRTAC “Uzbekkosmos” agentliyinə istinadla xəbər verir ki, 2025-ci ildə Özbəkistan və Çin peyk texnologiyaları sahəsində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi və elmi-texniki inteqrasiyanın gücləndirilməsi barədə memorandum imzalayıb.

Çinin hiperspektral peykinə “Samarkand 2028” adının verilməsi bu tərəfdaşlığın rəmzinə çevrilib. Layihə ikitərəfli əməkdaşlıq çərçivəsində əsas təşəbbüslərdən biri hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью