Çinin Tibet Muxtar Rayonunda 4,9 maqnitudalı zəlzələ baş verib Xəbər saytı Son xəbərlər və Hadisələr

13.01.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çinin cənub-qərbində, Nepal sərhədində yerləşən Tibet Muxtar Rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 8,7 min əhalisi olan Nepal şəhəri Lobuçedən 83 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı isə 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, yanvarın 7-də Çin-Nepal sərhədində 7,1 maqnitudalı zəlzələ baş verib. Nəticədə 126 nəfər həlak olub, 61,5 min nəfər xəsarət alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью