Çinin ticarət tərəfdaşları siyahısında Rusiyanın yeri açıqlandı

30.05.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya hazırda Çinin əsas ticarət və iqtisadi tərəfdaşları siyahısında beşinci yerdə qərarlaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov məlumat verib.

Diplomat qeyd edib ki, 2024-cü ilin sonuna qədər iki ölkə arasında ticarət dövriyyəsi 245 milyard dollara yaxınlaşıb. Onun sözlərinə görə, Rusiya və Çin uzunmüddətli perspektivdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün bütün zəruri imkan və resurslara malikdir.

“2024-cü ildə Rusiya Federasiyası ilə Çin arasında ikitərəfli ticarət daha bir rekord qırıb”, - deyə Morqulov vurğulayıb.

Səfirin sözlərinə görə, hazırda Moskva və Pekin arasında bir sıra böyük ikitərəfli layihələr icra olunur. Morqulov perspektivli investisiyaların həcmini 200 milyard dollar səviyyəsində qiymətləndirib. O əlavə edib ki, bu amillər yaxın gələcəkdə Rusiya ilə Çin arasında ticarət tərəfdaşlığının yeni mərhələyə keçməsinə şərait yarada bilər.

“2030-cu ilə qədər biz qarşılıqlı ticarətin və investisiyaların əhəmiyyətli, yüksək keyfiyyətli təşviqinə nail ola bilərik”, - deyə diplomat fikrini yekunlaşdırıb.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью