Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
“Sea Breeze” və Çinin “China Construction Infrastructure” şirkəti arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb.
Marja.az xəbər verir ki, bu barədə iş adamı Emin Ağalarov sosial şəbəkə hesabında məlumat verib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“China Construction Infrastructure” Çinin və dünyanın ən böyük tikinti korporasiyalarından biri olan “China State Construction Engineering Corporation”ın 100 faizlik törəmə şirkətidir.
Ağalarovun sözlərinə görə, tərəfdaş şirkətin eyni vaxtda icra etdiyi tikinti layihələrinin ümumi sahəsi 1,5 milyard kvadratmetrdən çoxdur. Şirkət hər il təxminən 180 milyon kvadratmetr tikinti sahəsini istifadəyə verir.
Bildirilib ki, korporasiya bir neçə ildir dünyanın tikinti podratçıları arasında birinci yeri tutur.
“Bu şirkət Azərbaycanı və ‘Sea Breeze’i seçib. Etimada görə təşəkkür edir və uzunmüddətli əməkdaşlığa ümid edirəm”, – Emin Ağalarov qeyd edib.
Əməkdaşlığın əhatə edəcəyi konkret layihələr və investisiyaların həcmi barədə hələlik məlumat açıqlanmayıb.